Haqqımızda

«ALMEP ENGINEERING GROUP» Azərbaycan bazarında MEP xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. Bazarda özünü layihəçi, podratçı və avadanlıq təchizatçısı, həmçinin satış sonrası xidmət və servislə məşğul olan şirkət kimi təqdim edən «ALMEP ENGINEERING GROUP» un  inteqrasiya olunmuş biznes strukturu onun MEP xidmətləri bazarında başlıca fərqləndirici xüsusiyyətidir.

Şirkətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– Mərkəzləşdirilmiş kondisioner sistemlərinin, ventilyasiya və isitmə sistemlərinin əsas və müfəssəl layihələndirməsi, təchizatı, quraşdırılması, sınağı, istismara buraxılması və texniki qulluq.

– Mülki və sənaye tikintisində elektrotexniki sistemlərin layihələndirilməsi və icrası.

–  Su təchizatı, tullantı sularının axıdılması və yanğınsöndürmə sistemlərinin layihələndirilməsi və həyata keçirilməsi.

— Aşağı gərginlikli sistemlərin layihələndirilməsi və icrası

Scroll
Before After

İcra olunan işlərin keyfiyyətində Avropa standartlarının tətbiq olunması, şəxsi ehtiyatlardan istifadə, həmçinin texniki və kommersiya rəqabətqabiliyyətliliyinin artırılması bizə əhəmiyyətli artım göstəricilərinə nail olmağa imkan verib. Şirkət ümumi sahəsi 100 000 m2-dən artıq olan 100-dən çox uğurla layihəyə imza atıb. Tikinti layihələrini bizə etibar edən sifarişçilər arasında aparıcı tikinti şirkətləri, özəl və dövlət şirkətləri var.

Binaların mühəndis infrastrukturunun yaradılması və ona qulluq sahəsində zəngin təcrübə bizə bütün işləri vaxtında və ən yüksək səviyyədə icra etməyə imkan verir. Şirkətimizin yüksək peşəkarlığa malik kadrları keyfiyyətin və rəqabət qabiliyyətli qiymətlərin zəminidir.

«ALMEP ENGINEERING GROUP» şirkətinə müraciət edib mütəxəssislərimizin peşəkarlığına özünüz əmin olun!