Xidmətlər

«ALMEP ENGINEERING GROUP» Azərbaycan bazarında MEP xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir.

Bazarda özünü layihəçi, podratçı və avadanlıq təchizatçısı, həmçinin satış sonrası xidmət və servislə məşğul olan şirkət kimi təqdim edən «ALMEP ENGINEERING GROUP» un  inteqrasiya olunmuş biznes strukturu onun MEP xidmətləri bazarında başlıca fərqləndirici xüsusiyyətidir. Şirkət potensial sifarişçilərə kompleks həllər təklif edir.

Texniki biliklərin, istedadlı əməkdaşların, layihələndirmə sahəsində təcrübənin, çoxpilləli layihələrin hazırlanması və həyata keçirilməsində müstəsna imkanların məharətlə uyğunlaşdırılması sayəsində MEP sistemlərinin layihələndirilməsi və həyata keçirilməsində məhz «ALMEP ENGINEERING GROUP» a üstünlük verilir

Təcrübəli əməkdaşlardan ibarət güclü komandaya, lazımi qaydada nizamlanmış mühəndis məhsullarının təchizat zəncirlərinə və hər texniki həlli mükəmməl səviyyəyə çatdırma bacarığına arxalanan şirkət Azərbaycanda müxtəlif miqyaslı bir çox layihələrin müəllifidir.

Şirkətimiz aşağıdakı mühəndislik istiqamətlərində öz xidmətlərini təklif edir:

  1. Tədqiqat işləri
  2. Layihələndirmə «ALMEP ENGINEERING GROUP» şirkəti istənilən klimatik avadanlığın quraşdırılmasından əvvəl binanı və ya otaqları texniki baxımından araşdırır. Siz, məkanınızı tədqiq edib avadanlığı dəqiq seçmək üçün mütəxəssislərimizi çağırılmasını sifariş edə bilərsiniz. Bunuda qeyd etməliyik ki, tədqiqat və seçim işləri şirkətmiz tərəfindən təmənnasız görülür.

Tədqiqat zamanı otaqların sahələrinə, təyinatlarına diqqət yetirilir, layihənin eskiz variantı hazırlanır, müştərinin istəkləri qeydə alınır.

«ALMEP ENGINEERING GROUP» şirkəti layihəni tərtib edərək iqtisadi məqsədəuyğunluq, sanitar təhlükəsizlik normaları və texniki standartlar və normativlər kimi başlıca amilləri layihənin əsasları kimi qəbul edir.

Mərkəzləşdirilmiş sistemlərin quraşdırılması zamanı peşəkar tədqiqat və layihələndirmə işləri xüsusi əhəmiyyət kəsb edir. İctimai otaqların klimatik texnika ilə təchiz olunması həyata keçirilərsə, o zaman dəqiq layihənin olması zəruridir, çünki belə layihələr kənar təşkilatların görülmüş işlərin yoxlanılması ücün lazım olur.

Bizim şirkət avadanlığın texniki konsultasiyasını, seçimini və quraşdırılmasını, zəmanətli və zəmanətsiz xidməti yüksək peşəkar səviyyədə həyata keçirir. Bütün layihə işləri normativ sənədlər və texniki hesablamalar əsasında ən son tələblərə müvafiq həyata keçirilir.

«ALMEP ENGINEERING GROUP»  istənilən obyektlərdə ventilyasiya sistemlərinin montajı və layihələndirilməsi ilə əlaqədar tapşırıqları həll edir. O, həcminə görə müxtəlif obyektlər ilə işləyir, kotteclərdə, hövzələrdə, kafe və restoranlarda, sənaye və kənd təsərrüfatı müəssisələrində ventilyasiya işlərini yerinə yetirir.

Şirkət layihələndirmədən başlayaraq və onun montajı və servis xidməti ilə başa çataraq ventilyasiya üzrə işlərin kompleksini yerinə yetirir. Bütün sadalanan obyektlərdə ventilyasiyanın montajı zamanı tətbiq olunan texnologiya və avadanlığın siyahısını bir səhifə ilə məhdudlaşdırmaq mürəkkəbdir.

Bu cür obyektlər üçün ventilyasiya sistemlərinin montajını həyata keçiririk.

Villalar və kotteclər.

Məsələn, nəmləndirmə sistemi ilə tamamlanan və ultrabənövşəyi lampaların köməyi ilə filtrasiya ilə müxtəlif cür işləyən ümumi mübadilə sistemlərini tez – tez quraşdırırıq. Kottecdə və ya mənzildə ümumi mübadilə ventilyasiya sisteminə malik olmaqla Siz, bakteriyalardan və ya tozdan təmizlənmiş təravətli havanı alırsınız. Rekuperator ilə təchiz olunmuş ventilyasiya sistemi bayır havasının isidilməsinə qənaət edir.

Hovuzlar.

Ventilyasiya və/və ya quruducu cihaz olmadan hovuzda hava artıq dərəcədə nəmli olur və buna görə də, Siz bir sıra problemlər ilə qarşılaşacaqsınız – rahat nəfəs almamaq, pəncərələrin tərləməsi, tavanda kondensatın əmələ gəlməsi, inşaat konstruksiyalarının və dekor elementlərinin korlanması. Sifarişçini bu cür problemlərdən azad etmək üçün biz, ventilyasiya və qurutma sistemlərindən ibarət texniki havalandırma kompleksi quraşdırırıq. Bu isə ümumilikdə, nəinki normal rütubəti qoruyub saxlayır, eləcə də, kənar qoxuları aradan qaldırır. Yekun nəticədə, Sizin hovuzunuzda hava quru, isti və qoxusuz olur cialisfromuk.com.

 

Kommersiya daşınmaz əmlakı.

Sanitar stansiyanın normalarına müvafiq olaraq restoran və ya kafedə vurma ventilyasiyasının və ya mübadilə ventilyasiya sisteminin montajını yerinə yetiririk. Ventilyasiya kafe və ya restoranda mətbəxin qoxularından azad edir, ofislərdə isə çirklənmiş havanın əmələ gəlməsi və qoxuların toplanmasına yol vermir; istehsalatda ventilyasiya insanların iş qabiliyyətinin səviyyəsini qoruyub saxlayır; sexdə ventilyasiya texnoloji qurutma proseslərini sürətləndirir.

Biz, kommersiya daşınmaz əmlakı üçün ventilyasiya sistemlərini layihələndirərək sifarişçinin bu daşınmaz əmlakın sahibi olmaması, bu əmlakı icarəyə götürməsi faktını nəzərə alırıq. Belə halda, sistemin texniki baxımından göstəricilərini qoruyub saxlayaraq onun qiymətini sifariçinin istədiyi səviyyəyə endirilməsinə nail oluruq.

«ALMEP ENGINEERING GROUP»  istənilən mürəkkəbliyə malik olan elektrik montaj işlərini yerinə yetirir: Şirkət istənilən mürəkkəbliyə malik olan elektrik montaj işlərini yerinə yetirir:

  • Müxtəlif obyektlərin enerji təchizatı;
  • Transformatorun və enerji paylayıcı lövhəsinin montajı;
  • Gərginlikdən, qısa qapanmadan müdafiə olunma, rele müdafiəsi;
  • Elektrik enerjisi və qeydiyyat cihazlarının montajı;
  • Kabellərin salınması;
  • Paylayıcı qurğuların quraşdırılması və xidmət olunması;
  • Aparatların, stabilləşdirici elektrik sahəsinin, enerji təchizatının effektivliyini artıran avadanlığın montajı;
  • Rozetkaların, elektrik açarlarının dəyişdirilməsi, köhnəlmiş məftilin əsaslı təmiri;
  • Elektrik məftilinin dəyişdirilməsi;
  • Otaqların elektrik müdafiəsi;

Bundan savayı, xidmətlərimizin siyahısına bunlar daxildir:

  • Elektrik şəbəkələrinin layihələndirilməsi;
  • Elektrik qurğularının layihələndirilməsi, montajı və xidmət olunması;
  • Torpaqlama və ildırımdan müdafiə sistemlərinin layihələndirilməsi və quraşdırılması.

Biz, yeni texnologiyalardan, müasir avadanlıqlardan yararlanırıq. Bizim texnoloji bazamız aparıcı Rusiya və xarici ölkələrin istehsalçılarından alınan materiallar ilə komplektləşir.

«ALMEP ENGINEERING GROUP» bir çox qlobal istehsalçıların eksklüziv distribyutoru və tərəfdaşıdır.Biz, elektrik montaj işlərinin keyfiyyətli şəkildə yerinə yetirilməsi və müştərilər ilə etibarlı münasibətlər əsasında elektrik montaj işlərini istehlakçılara təklif edirik.

«ALMEP ENGINEERING GROUP» şirkəti bu sahələrdə yüksək keyfiyyətli quraşdırma xidmətlərini təklif edir:

  • Isitmə sistemləri;
  • su təchizatı;
  • kanalizasiya;
  • su təchizatı, isitmə və kanalizasiya sistemlərinin təmiri.

İsitmə sistemləri

İsitmə sistemlərinin keyfiyyətli quraşdırması binanın bütün xüsusiyyətlərini nəzərə alan mükəmməl layihədən başlanır. İsitmə sistemlərinin quraşdırılmasında şirkətin mütəxəssisləri layihənin bütün texnoloji xüsusiyyətlərinə riayət edir və yalnız müasir materiallardan və avadanlıqlardan istifadə edirlər. Bu səbəbdən aparılan işlərin nəticəsi hətta ən tələbkar sifarişçiləri də razı salır. Şirkətin mütəxəssisləri minimal müddətdə isitmə sistemlərinin montajı ilə bağlı ən mürəkkəb layihələri həyata keçirməyə qadirdirlər. 

Su təchizatı və kanalizasiya sistemləri

Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, yerinə yetirilən işlərin daha çox tələb olunan növlərindən biridir. Mütəxəssislərimizin işləyib hazırladıqları layihəyə müvafiq olaraq ən qısa müddət ərzində və yüksək keyfiyyətlə sistemlərin quraşdırma işləri yerinə yetirilir.

Su təchizatı və kanalizasiya sistemlərinin montajı üçün yeni materiallar və avadanlıq istifadə olunur. Lakin, mühəndis kommunikasiyasının layihəsinin həyata keçirilmədiyi hallar da az deyildir. İsitməa, kanalizasiya, su təchizatı sistemlərinin montajı şirkətin mütəxəssisləri tərəfindən bu halda da yerinə yetirilə bilər. Bizim əməkdaşlarımız hesablama aparır və  isitmə, kanalizasiya, su təchizatı sistemi üçün zəruri olan avadanlığı seçirlər.

Əgər isitmə sisteminin montajını layihəsiz yerinə yetirmək zəruridirsə, o zaman şirkət tərəfindən:

– mütəxəssislərin obyektə səfər etməsi, otaqların müayinə olunması və optimal isitmə sistemlərinin təyin olunması həyata keçirilir;

– montajın ayrı

– ayrı məqamları ilə bağlı planlaşdırılan işlərin bütün əsas xüsusiyyətlərinin sifarişçi ilə müzakirəsi aparılır;

– sifarişçinin bütün arzularını nəzərə alan zəruri hesablamalar yerinə yetirlir;

– smeta təqdim olunur;

– mühəndis kommunikasiyasının montajı yerinə yetirilir

«ALMEP ENGINEERING GROUP» şirkəti ona etibar olunan obyektləri telefon rabitəsi, İnternet, kabel televiziyası və radio ilə təmin edərək bu zaman zəif cərəyanlı sistemlərdən istifadə edir. Bu şəbəkələr ilə yanğın və mühafizə siqnalizasiyası, elektrik enerjisinin qeydiyyatı sistemləri və kompüter sistemləri quraşdırılır. Zəif cərəyanlı sistemlərin quraşdırılması zamanı funksiyaların geniş spektrinin yerinə yetirilməsi üçün şirkət tələb olunan təcrübəyə və geniş biliyə malikdir.

Video müşahidə

Video müşahidə kameralarının sistemi real zaman rejimində operativ nəzarəti və obyektə müşahidəni həyata keçirməyə icazə verir. Bizim şirkət obyektlərdə audio və video yazıların fasiləsiz və avtomatlaşdırılmış qaydada saxlanılması ilə video müşahidənin quraşdırılmasını təşkil edir. Quraşdırma işləri kiçik, orta və iri miqyaslı obyektlərdə aparılır, uzaq obyektlərdə İnternet vasitəsi ilə idarəetmə funksiyaları tətbiq olunur.

Kompüter şəbəkələri

Şirkət, kompüter və lokal şəbəkələrinin salınması ilə bağlı optimal qərarları təklif edir, zəmanətlər verir, montaj işlərinin yüksək keyfiyyətini təmin edir.

Yanğın siqnalizasiyası

Şirkət yanğın və yanğın – mühafizə siqnalizasiyasını, eləcə də, yanğın haqqında xəbərdarlıq və sızmalardan müdafiə sistemlərini quraşdırır. Yanğın siqnalizasiyasının təşkili yerlərdə sonrakı quraşdırma işlərinin aparılması ilə layihələndirmədən başlanır.

Telefon şəbəkələri

Müəssisələrdə və ofislərdə telefon şəbəkələrinin keyfiyyətli quraşdırılmasını təklif edirik. Bizim mütəxəssislər telefon siqnalının keyfiyyətinin pozulmaması və apparaturanın istismar prosesində gərginliyə qarşı davamlı olması üçün bütün tələb olunan qaydalara necə riayət etməyi bilirlər. İş yerlərinə qarşı münasibətdə telefon rozetkalarının və ATS rahat yerləşməsi məqsədilə yerin seçilməsi üçün biz, daxili məkana qarşı münasibətdə telefon kabelinin arxitekturasını layihələndiririk.

«ALMEP ENGINEERING GROUP» şirkətinin istiqamətlərindən biri havalandırma, isitmə və ventilyasiya sistemlərinə servis xidmətindən ibarətdir. Personalın 15 ildən artıq təcrübəsi bizə etibarlı və məsul partnyor reputasiyasını əldə etməyə icazə vermişdir. Bizə bir çox fərdi şəxslər və korporativ müştərilər müraciət edirlər və onları əsasən göstərilən xidmətin müstəsna keyfiyyəti maraqlandırır. Şirkətin mütəxəssislərinin yüksək peşəkarlığı və çoxillik təcrübənin mövcudluğu, eləcə də, daimi tədris sayəsində biz, klimatik avadanlığa xidmətlə bağlı operativliyə və aşağı qiymətlərin təklif olunmasına zəmanət veririk.

Bizim servis fəaliyyətimiz növbəti istiqamətlərdən ibarətdir:

– avtorizə olunmuş montaj, işə salınma

– sazlanma və xidmət

– məişət və kommersiya klimatik texnikasının təmir olunması

– soyuducu mərkəzlər (sənayedə soyuq təchizatı)

– yerli və mərkəzləşdirilmiş, o cümlədən dəqiq (presizion) havalandırılma

– havanın texnoloji və ümumi mübadilə ventilyasiyası

– istilik təchizatı və isitmə sistemləri

– havanın nəmləndirilməi və qurudulma peşəkar sistemləri

– istənilən mürəkkəblik səviyyəsinə malik olan obyektlərin tam elektrikləşdirilməsi və enerji təchizatı

– mühəndis sistemlərinin və hava parametrlərinin monitorinqi sistemlərinin (havanın sürəti, temperaturu, təzyiqi, nəmliyi və s.) peşəkar şəkildə dispetçerləşdirilməsi və avtomatlaşdırılması

Servisimizin nəinki keyfiyyətinə, eləcə də, qiymət münasibliyinə əmin olmaq üçün biz, Sizi qarşılıqlı sərfəli əməkdaşlığa dəvət edirik.